AZ EN RU

Naxçıvandan 5 şagird buraxılış imtahanlarında maksimal nəticə - 300 bal toplayıb

Naxçıvan Muxtar Respublikasının ümumitəhsil müəssisələrindən 5 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında maksimal olan 300 bal toplamaqla ən yüksək nəticə göstəriblər
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahanda ölkə üzrə 16 şagird maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib ki, onlardan 5-i Naxçıvan Muxtar Respublikasının ümumitəhsil müəssisələrinin şagirdləridir. Belə ki, buraxılış imtahanlarında Heydər Əliyev adına tam orta məktəbin şagirdi Uğur Cəfərov, Şərur şəhər Fizika -Riyaziyyat Təmayüllü Liseyin şagirdi Sənan Adıyev, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi  Ərsadiq Cabbarlı, Naxçıvan şəhər 5 saylı tam orta məktəbin şagirdi Alsu Abdullayeva və Naxçıvan Şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Gülay Aslanova buraxılış imtahanında maksimal olan 300 bal toplamaqla muxtar respublika üzrə son üç ilin ən yüksək nəticəsini göstəriblər. 
Təbrik edirik.

Nəşr edilib : 17.05.2024 18:55