AZ EN RU

Naxçıvanda zəlzələ olub

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də  Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

Nəşr edilib : 05.10.2022 10:26