AZ EN RU

Naxçıvanda “Zəfərə gedən 20 il” mövzusunda tədbir keçirilir YENİLƏNƏCƏK

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi və Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Naxçıvan Biznes Mərkəzində təşkil olunacaq tədbirdə əvvəlcə Dövlət Himni səsləndiriləcək, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasın Baş naziri Səbuhi Məmmədov, iqtisadiyyat naziri Tapdıq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edəcəklər.

Sonra videoçarx nümayiş olunacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 04.11.2023 09:00