AZ EN RU

Naxçıvanda Zəfər Günündə möhtəşəm atəşfəşanlıq olacaq

Əziz muxtar respublika sakinləri və qədim diyarımızın qonaqları! 
Noyabrın 8-də, saat 18:00-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında 8 noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin və Naxçıvan Dövlət Filarmoniyasının təqdimatında konsert təşkil olunacaq, eyni zamanda möhtəşəm atəşfəşanlıq olacaq.
Tarixi Zəfəri xalqımıza bəxş edən şəhidlərimizi anmaq və milli qürur günümüzü birgə qeyd etmək üçün hər kəsi meydana dəvət edirik.
Gəlin, Zəfərimizi birlikdə qeyd edək!

Nəşr edilib : 07.11.2023 15:39