AZ EN RU

Naxçıvanda Zəfər Günü ilə bağlı kütləvi idman tədbiri - Qeydiyyat başladı

8 Noyabr - Zəfər Gününə həsr olunmuş kros qaçışı keçiriləcək. İştirakçılar hərəkət sxeminə uyğun olaraq Naxçıvan şəhəri Əziz Əliyev küçəsindən başlayaraq Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkına qədər 5500 metr məsafə qət etməli olacaq. 7 noyabr 10:00-da başlayacaq kros qaçışında yaşı 16-dan yuxarı hər kəs iştirak edə bilər. İştirak etmək istəyənlər aşağıdakı keçid linki vasitəsilə qeydiyyat formasını doldurulmalıdır:

https://tr.ee/73pn_vsggc

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək kross qaçışında simvolik olaraq ilk 8 yerin sahibi mükafatlandırılacaqdır.

Nəşr edilib : 02.11.2023 10:49