AZ EN RU

Naxçıvanda yerli əhəmiyyətli yollar inşa olunacaq

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərindən ən ucqar dağ kəndlərinədək yolların tikintisi, təmiri diqqətdə saxlanılır. Həyata keçiriləcək inşaat işləri çərçivəsində yerli əhəmiyyətli yolların tikintisi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata əsasən   yerli əhəmiyyətli avtomobil yollarının tikintisi məqsədilə bir mənbədən satınalma üsulu ilə ötən il sentyabrın 15-də Naxçıvan şəhər Yol Təmir Tikinti İdarəsi ilə satınalma müqaviləsi imzalanıb. Sözügedən inşaat işlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 7.000.000,0 manat vəsaitin tam hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.01.2024 15:08