AZ EN RU

Naxçıvanda yeni təyin olunan hakimlər kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin 13 may 2024-cü il tarixli Sərəncamı ilə vəzifələri dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Kommersiya və İnzibati  Məhkəmələrinin hakimi vəzifələrinə təyin olunan Qabil Məmmədov və Elnur Hüseynov, həmçinin hakim vəzifəsinə qəbulla bağlı müsabiqədə uğur qazanaraq Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin olunan Arzuyar Kərimov kollektivə təqdim olunub.  

Təqdimat zamanı çıxış edən  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ölkənin hakim korpusunun daim yenilənməsi, təcrübəli hakimlərlə yanaşı, gənc kadrların fəaliyyətinə geniş şərait yaradılması, ədalət mühakiməsinə çatımlılığın yüksələn xətlə inkişaf etdirilməsi üçün görülən tədbirlər barədə məlumat verərək yeni təyin olunan hakimləri məhkəmənin kollektivi və öz adından təbrik edib və onların öz fəaliyyətlərində məhkəmə hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə və cəmiyyətimizdə ədalət mühakiməsinə olan etimadın daha da artırılmasına töhfə verəcəklərinə şübhə etmədiyini bildirib.

Yeni vəzifələrə təyin olunan hakimlər onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını bildiriblər.

Nəşr edilib : 16.05.2024 19:10