AZ EN RU

Naxçıvanda yeni rektor təyinatı

"Naxçıvan" Universitetinə yeni rektor təyin edilib. Muxtar respublikada yeganə özəl universitet olan "Naxçıvan" Universitetinə bundan sonra Kazımov Anar Altay oğlu rəhbərlik edəcək.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan Anar Kazımov "Naxçıvan" Universiteti təsisçisinin qərarı ilə bu vəzifəyə gətirilib və bu gün kollektivə təqdim edilib. Dosent Anar Kazımov bu təyinatdan əvvəl Dövlət İqtisad Universitetində çalışırdı.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

Faktı universitetin mətbuat xidməti təsdiq edib.

Nəşr edilib : 02.02.2023 17:33