AZ EN RU

Naxçıvanda yeni Ərazi Vergilər idarələri yaradılıb

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq fərmanı ilə Naxçıvan Vergi Xidmətinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən bildirilib ki, yeni struktur dəyişikliyinə əsasən, rayonlarda vergilər idarə və şöbələri ləğv edilərək 3 Ərazi Vergilər idarəsi yaradılıb.

Belə ki, Şərur Rayon Vergilər İdarəsinin, Kəngərli Rayon və Sədərək Rayon Vergilər Şöbələrinin bazasında 2 saylı Ərazi Vergilər İdarəsi, Babək Rayon Vergilər İdarəsinin və Şahbuz Rayon Vergilər Şöbəsinin bazasında 3 saylı Ərazi Vergilər İdarəsi, eləcə də Culfa Rayon və Ordubad Rayon Vergilər Şöbələrinin bazasında 4 saylı Ərazi Vergilər İdarəsi yaradılıb.

Naxçıvan Şəhər Vergilər İdarəsi isə yenidən təşkil olunub.

Nəşr edilib : 02.05.2023 12:35