AZ EN RU

Naxçıvanda yeni “Altai” teatrı fəaliyyətə başlayıb

Mayın 5-də zəngin teatr ənənələrinə malik muxtar respublikada yeni “Altai” teatrı fəaliyyətə başlayıb. Teatrın yaradıcısı Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru Nurbəniz Niftəliyevadır. Yaradıcı heyət gənc yazar və aktyor Rza Zeynalovun "Xəyanət" əsəri ilə tamaşaçıların görüşünə gəlib. 
Tamaşanın quruluşçu rəssamı Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev, musiqi tərtibatı Cabir Əsədov, rejissor assistenti  Ayhan Hacıyev, teatrın meneceri Gülay Ağazadədir.
Səhnə əsərində Əməkdar artist Behruz Haxverdiyev, Rza Zeynalov, Zəlihə Hüseynquliyeva, İlqar Babayev,Əfqanə Ələsgərova, Xəlil Hüseynov, Sadiq Əliyev, Ayhan Hacıyev, Yusif Rzayev, Dilsuz Qasımov rol alıb.

Nəşr edilib : 08.05.2024 09:26