AZ EN RU

Naxçıvanda yeni “Altai” teatrı fəaliyyətə başlayacaq

Zəngin teatr ənənələrinə malik muxtar respublikada yeni teatr yaratmaq təşəbbüsü Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru Nurbəniz Niftəliyeva tərəfindən irəli sürülüb. İlk dəfə olaraq gənc yazar və aktyor Rza Zeynalovun “Xəyanət” əsəri ilə tamaşaçıların görüşünə gələn teatrın yaradıcı heyəti hazırda hazırlıq məşqlərini davam etdirir.

Tamaşanın quruluşçu rəssamı Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev, musiqi tərtibatı  Cabir Əsədov, rejissor assistenti  Ayhan Hacıyev, teatrın meneceri Gülay Ağazadədir.

Səhnə əsərinin 5 may tarixdə nümayişi nəzərdə tutulub.

  Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.04.2024 17:24