AZ EN RU

"Naxçıvanda yaxın aylarda orqan transplasiyasına nail olacağıq"

Bunu Naxçıvanda keçirilən  Ümummilli lider Heydər Əliyevin 100 illiyinə  həsr olunmuş “Orqan transplantasiyası” Beynəlxalq Konfransında 
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samıq Sadıxov deyib. Samiq Sadıxov eyni zamanda qeyd edib ki, yaxın günlərdə Naxçıvandan olan 30 tibb bacısı Türkiyədə, Türkiyədən olan 30 tibb bacısı Naxçıvanda kurslara cəlb olunacaq. Bunun üçün işlər davam etdirilir.
Vurğulayaq ki, Naxçıvanda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Türkiyənin Medical Park Xəstəxanalar Qrupu və Naxçıvan Həkimlər Assosiasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə  həsr olunmuş “Orqan transplantasiyası” Beynəlxalq Konfransı keçirilir.
Konfransda Azərbaycan və türk cərrahlarının dünyada, Türkiyədə və Azərbaycanda orqan transplantasiyasındakı hazırkı vəziyyət,  orqan transplantasiyasının tarixi, donor və resipient prosedurları mövzularda məruzələr olunur.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 01.12.2023 10:56