AZ EN RU

Naxçıvanda “Yaradıcı müzakirələr” layihəsi həyata keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 4-5 dekabr tarixlərində “Yaradıcı həftə” çərçivəsində Naxçıvanda “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçiriləcək. Layihə  paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

Layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin noyabr – dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək.

Tədbirlər yaradıcı sənayelərin kino, animasiya,  musiqi, teatr, təsviri və tədbiqi sənət kulinariya, foto klasterləri üzrə aşağıdakı mövzuları əhatə edəcəkdir:

  1. Yaradıcı kinematoqrafiya: ssenaridən ekrana-Taleh Yüzbəyov
  2.  Pulun harmoniyaları: gəlir gətirən musiqi-Pərviz İsaqov
  3. Səhnədə diqqət mərkəzində: teatrda pul qazanmaq-Tərlan Rəsulov
  4. Mənfəətin fırça vuruşları: təsviri sənət biznesi-Erkin Ələkbərli
  5. Qələmlər və piksellər: rəsm və rəqəmsal incəsənət-Rəhim İsmayılov
  6. Sərvət ipləri: biznes olaraq xalçaçılıq-Əsmər Babayeva
  7. Mənfəət üçün canlandırma: animasiya sənəti və ticarəti-Rəşid Ağamalıyev
  8. Bədii şüşə sənəti və biznesi-Məhər Məhərrəmov
  9. Sözlərlə gəlir: ədəbiyyatda biznes baxışı-Orxan Şahbazov
  10. Dəb.Tərz və Davamlılıq- Natəvan Əliyeva

Layihədə iştirak etmək istəyən şəxslər  www.talks.creative.az internet informasiya ehtiyatında qeydiyyatdan keçməlidir. Tədbirlər ustad dərsləri, tanınmış insanlarla görüşlər və təlimlərdən ibarət olacaq. Layihə ilə bağlı tədbirlər Naxçıvan Dövlət Texniki Kollecinin zalında gerçəkləşəcək.

   Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.11.2023 10:28