AZ EN RU

Naxçıvanda YAP-ın yaradılmasının ildönümü qeyd edilir

Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü Naxçıvanda da geniş qeyd edilir. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” mövusunda adlı tədbirlər  keçirilib.

Naxçıvan şəhərində keçirilən tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının 31 il ərzində keçdiyi uğurlu yolundan və bu işıqlı yolun Azərbaycana qazandırdığı nailiyyətlərdən danışıblar.

Sonda partiyaya yeni üzv qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Şərur, Ordubad və Culfa Rayon təşkilatlarında da bu mövzuda tədbirlər keçrilib. Tədbirlərdə vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılan partiya bu gün ölkə Prezidenti, Yeni  Azərbaycan  Partiyasının  Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edib, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib.

Nəşr edilib : 20.11.2023 19:39