AZ EN RU

Naxçıvanda yanvarın 28-nə olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya xidmətindən verilən məlumata görə, Naxçıvan şəhərində, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı proqnozlaşdırılır.

Nəşr edilib : 28.01.2024 11:11