AZ EN RU

Naxçıvanda yanvar-iyun aylarında 24 min 500-ə yaxın vergi xidməti göstərilib

2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 19 min 49 şəxs qəbul edilib.

 Xidmətdən "Şərq qapısı"na bildirilib ki, strukturlar tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 24 min 485 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Cari ilin yanvar-iyun aylarında vergi ödəyicilərinə 199 min 769 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 48 görüş keçirilib, 348 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2533 müraciət üzrə 4626 Asan İmza sertifikatı verilib.

Birinci yarımildə Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 17 min 683 şəxs qəbul edilib və onlara 22 min 922 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz çoxdur.

Nəşr edilib : 08.07.2024 16:38