AZ EN RU

Naxçıvanda yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib

 Culfa, Şərur  və Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Keçirilən tədbir nəticəsində yabanı halda bitmiş  50570 ədəd çətənə bitkisi kolu kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Faktla bağlı İstintaq və Təhqiqat qrupunda araşdırma aparılır.

Nəşr edilib : 06.07.2023 15:14