AZ EN RU

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan 1160 ailəyə bayram sovqatı verilib

    Xüsusi qayğıya ehtiyacı olan, o cümlədən şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı dövlətimizin sosial siyasətinin xüsusi istiqamətini təşkil edir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. 
    Görülən çoxsaylı tədbirlərin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarı əsasında muxtar respublikada yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələrinə bayram sovqatları verilib.
   Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları tərəfindən təqdim edilən sovqatlar Naxçıvan şəhərindən 396, Şərurdan 205,  Babəkdən 190, Ordubaddan 70, Culfadan 75, Şahbuzdan 71, Kəngərlidən 70, Sədərəkdən 83 olmaqla, ümumilikdə, 1160 ailəni əhatə edib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.12.2022 20:46