AZ EN RU

Naxçıvanda Vergiödəyicilərinə xidmət mərkəzləri tərəfindən 20 mindən çox xidmət göstərilib

2024-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergiödəyicilərinə xidmət strukturlarında, ümumilikdə, 16 min 518 şəxs qəbul edilib.
Xidmətdən “Şərq qapısı”na bildirilib ki, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergiödəmələri və sair məsələlərlə bağlı 21 min 395 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.
Yanvar-may ayları ərzində vergiödəyicilərinə 195 min 807 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergiödəyiciləri ilə 42 görüş keçirilib, 305 sayda ünvanlı xidmət göstərilib, 2239 müraciət üzrə 4098 "Asan İmza" sertifikatı verilib.
2024-cü ilin 5 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergiödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 15 min 345 şəxs qəbul edilib və onlara 20 min 46 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Nəşr edilib : 10.06.2024 17:43