AZ EN RU

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

2023-cü ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin vergiödəyicilərinə xidmət strukturlarında ümumilikdə 31min 552 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 43 min 452 sayda xidmət göstərilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

Yanvar-oktyabr ayları ərzində vergiödəyicilərinə 112 min 915 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergiödəyiciləri ilə 45 görüş keçirilib, 267 sayda ünvanlı xidmət göstərilib. İlin əvvəlindən 6 min 273 müraciət üzrə 11min 237 Asan İmza sertifikatı verilib.

Bu ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergiödəyicilərinə xidmət mərkəzi tərəfindən noyabrın 1-dək ümumilikdə 10 min 499 şəxs qəbul edilib və onlara 15 min 465 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3,1 dəfə çoxdur.

Nəşr edilib : 16.11.2023 13:51