AZ EN RU

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

    2023-cü ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergiödəyicilərinə xidmət mərkəzi tərəfindən may-avqust ayları ərzində, ümumilikdə, 6.429 qəbul həyat keçirilib. Vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması və sair barədə 9.711 xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş vətəndaşların sayından 2 dəfə, göstərilən xidmətlərin sayından isə 3 dəfə çoxdur,
    Hesabat dövründə mərkəz tərəfindən 1.070 müraciət üzrə 1.844 “Asan İmza” sertifikatı verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müraciət edənlərin sayında 2,6 dəfə, təqdim olunan “Asan İmza” sayında isə 3 dəfə artım deməkdir.

Nəşr edilib : 18.09.2023 10:55