AZ EN RU

Naxçıvanda vergi orqanlarında könüllü fəaliyyət genişləndirilir

“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq Naxçıvanda vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur.

Vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərəcək vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün 01.03.2024-cü il tarixinədək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (email: aysel.abbasova@taxes.gov.az) müraciət edə bilərlər. Əlavə suallar yaranarsa  (036) 544-08-96 şəhər telefonu ilə əlaqə saxlanıla bilər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları ünvana uyğun aparılacaq.

Nəşr edilib : 20.02.2024 18:09