AZ EN RU

Naxçıvanda vergi daxilolmaları 36% artıb

    Naxçıvan Muxtar Respublikasında  vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 6 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 75,9 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz və ya 20 milyon manat çoxdur. Təkcə bu ilin iyun ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 20,8 faiz və ya 2,2 milyon manat artım qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 14.07.2023 13:05