AZ EN RU

Naxçıvanda vergi daxilolmaları 21 milyon manatdan çox artıb

Bu ilin yanvar - iyun aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 97,2 milyon manat vergi daxil olub.

Xidmətdən "Şərq qapısı"na bildirilib ki, bu ötən ilin eyni dövrünə nisbətən 27,9 faiz və ya 21,2 milyon manat çoxdur.

Cari ilin 6 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 118,5 faiz icra edilib.

Nəşr edilib : 16.07.2024 14:44