AZ EN RU

Naxçıvanda vergi daxilolmaları 112,1 faiz icra olunub

    2023-cü ilin yanvar ayı üzrə Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları  9 milyon 953 min manat təşkil edib və  proqnoz 112,1 faiz yerinə yetirilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 1 milyon 71 min manat olub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10 milyon 209 min manat olmaqla proqnoza 119,1 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən 1 milyon 639 min artıq vəsait toplanıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 249 min manat olub, proqnoza 128,4 faiz  əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 55 min manat olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 1 milyon 510 min manat olub, büdcəyə nəzərdə tutulandan 123 min manat artıq vəsait daxil olub.
    Ötən ay ərzində 47 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 383 fiziki şəxs qeydiyyata alınmışdır.
 

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 10.02.2023 21:39