AZ EN RU

Naxçıvanda uşaq və yeniyetmələr üçün ilk qəzet nəşrə başlayıb

    “Əcəmi” NəşriyyatPoliqrafiya Birliyində yeni nəşrə başlayan “Məktəbli” qəzeti uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Rəngli formatda oxucularına müraciət edən qəzetin əsas məqsədi kiçikyaşlı məktəblilərə oxu vərdişləri aşılamaq, istedadlı şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq, mütaliə mədəniyyətini təbliğ etməkdir. Qəzetin maraqlı prinsiplərindən biri də budur ki, bu mətbu orqan istedadı olan hər kəsi əməkdaşlığa dəvət edir. Belə ki, şagirdlər qəzet üçün şeir və məqalələr yaza, rəsm çəkə, müsahibələr hazırlaya bilərlər.
  Qeyd edək ki, qəzetin ilk sayının ödənişsiz olaraq orta ümumtəhsil müəssisələrinə paylanılması nəzərdə tutulub. Ayda bir dəfə məktəblilərin görüşünə gələcək qəzeti poçt bölmələrində abunə yazılmaqla, eyni zamanda qəzet köşklərindən sərbəst satışla əldə etmək olar. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.09.2023 17:23