AZ EN RU

Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri arasında “Robotunu yarat” müsabiqəsi keçirilib

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında STEAM üzrə “Robotunu yarat” müsabiqəsi  keçirilib. Müsabiqədə  şəhər və  rayon məktəblərindən 40 komandada 100-dən artıq VI-XI sinif  şagirdi iştirak edib.  Müsabiqədə münsiflər heyəti tərəfindən  hazırlanan layihələrin qiymətləndirilməsi aparılıb, dizayn, robotların işləməsi, mühəndislik, proqramlaşdırma, hərəkət və ya komanda vermə ilə əlaqəli tapşırıqları icra edən ən yaxşı  layihələr qalib elan olunub.
Sonda   qalib olan komanda rəhbəri və üzvləri  medal və fəxri fərmanla təltif olunub.

Nəşr edilib : 28.02.2024 19:00