AZ EN RU

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

2022-ci il oktyabrın 1-dən 11-dək Naxçıvan şəhərində Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasından məlumat veriilb.

FİDE, Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək olimpiadaya FİDE-yə üzv olan hər bir federasiya bir komanda göndərmək hüququna malikdir. Hər komanda 4 oyunçudan və maksimum 2 ehtiyat oyunçudan ibarət olacaq.

Yarış İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət olacaq. Hazırda bu mötəbər yarışın qeydiyyat və təşkilati işləri ardıcıllıqla davam etdirilir. FİDE-nin üzvü olan federasiyalar yarışın rəsmi internet saytında qeydiyyatdan keçirlər.

Naxçıvanda FİDE U-16 Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi ilə bağlı məlumatlar Beynəlxalq Şahmat Federasiyasının rəsmi  feysbuk və tviter hesablarında da yerləşdirilib.

Nəşr edilib : 13.07.2022 12:08