AZ EN RU

Naxçıvanda Ulu Öndərin 100 illiyinə və Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçiriləcək

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçiriləcək.

Aksiya noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil ediləcək. Aksiya çərçivəsində Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarında 4,5 hektar sahənin yaşıllaşdırılması nəzərdə tutulub.

Tədbirdə, həmçinin ekologiya könüllüləri tərəfindən fləşmoblar da təqdim olunacaq.

Nəşr edilib : 06.11.2023 17:03