AZ EN RU

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

Cari ilin yanvar-may aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 535 milyon 488 min 900 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,2 faiz çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,6 faiz artaraq 1141,8 manat olub.

Nəşr edilib : 11.06.2024 12:07