AZ EN RU

“Naxçıvanda turizmin inkişafı və prioritet istiqamətləri” mövzusunda açıq dərs

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisas üzrə bir qrup müəllim və tələbəsinin iştirakı ilə “Naxçıvanda turizmin inkişafı və prioritet istiqamətləri” mövzusunda açıq dərs keçilib. 
    Dərsi giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev bildirib ki, muxtar respublikada turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar buraya turist axınını şərtləndirən əsas amillərdəndir. Qeyd olunub ki, yerləşdiyi coğrafi mövqe, hər biri bir tarix olan mədəni abidələrin, unikal dada malik mineral suların, milli mətbəx nümunələrinin, insan sağlamlığına faydası saymaqla bitməyən müalicə ocaqlarının mövcudluğu yerli və xarici turistlərin marağını Naxçıvana cəlb edən faktorlar kimi önə çıxmaqdadır. Bu imkanlardan yararlanmaq üçün irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması Naxçıvanda turizmin gələcək inkişafı üçün də əlverişli şərait formalaşdırır. 
    Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova və həmin kafedranın müəllimi Nigar Bababəyli universitetdə Turizm işinin təşkili ixtisası üzrə tədris prosesinin təşkili haqqında məlumat veriblər.
    Sonda tələbələr kitab sərgiləri, çap materialları fondu ilə tanış olublar.

Xəbərlər şöbəsi

Nəşr edilib : 22.09.2022 18:54