AZ EN RU

Naxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Tullantıları tinglərə dəyiş” aksiyası Naxçıvan şəhərində yerləşən “Sizin market”in qarşısında keçiriləcək.

Aksiyada şüşə və ya plastik butulka/banka, işlənmiş batareyalar qəbul olunur. Şüşə butulka/ bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq.

Qeyd edək ki, 10 işlənmiş batareyaya 1 ting, ümumi tutumu 5 litr olan şüşə butulka/bankaya 1 ting, ümumi tutumu 35 litr olan müxtəlif plastik butulka növünə (0.33/0.5/1/1.5/2 və.s) 1 ting veriləcək.

Nəşr edilib : 02.12.2023 00:34