AZ EN RU

Naxçıvanda tibb elmi sahəsində əldə olunan yeniliklər təqdirəlayiqdir

Naxçıvan Respublika Xəstəxanasında Ulu  Öndər Heydər Əliyevin 100 illiyinə həsr onunmuş “Şəkərli diabet və arterial hipertenziya: müalicənin effektivliyini necə artırmaq olar? Endokrinoloq və kardioloqun baxışı” mövzusunda konfrans keçirilib.

Qeyd edək ki, konfransda muxtar respublikanın səhiyyə müəssisələrində çalışan həkim-kardioloqlar, həkim-endokrinoloqlar və digər həkimlər, Naxçıvanda tibb təhsili alan tələbələr və rezidentlər iştirak edib. Çıxışlar dinlənildikdən sonra suallar cavablandırılıb. Qarşılıqlı müzakirə aparılıb. Konfrans bitdikdən sonra Azərbaycan Endokrinolojiya, Diabetolojiya və Terapevtik Təlimat Assosiasiyasının prezidenti, Əziz Əliyev adına ADHTİ terapeya kafedrasının müdiri, tibb elmləri doktoru,professor Valeh Mirzazadə ilə həmsöhbət olduq. O bildirdi ki,  Naxçıvana sovetlər dövründə və 1990-cı illərdə dəfələrlə gəlib:    Bu qədim şəhərin illər ərzində necə gözəlləşdiyini, müasir görkəmə büründüyünü görmək sevindiricidir. Dahi rəhbərin dünyaya gəldiyi son dövrlər çox dəyişib, təmizlik, yolların rahatlığı insanın ruhuna sakitlik gətirir.

Professor dedi ki, bütün dünya üçün diabet böyük bir problemə çevrilib. Tibb elmi hər gün inkişaf edir və bu inkişafı öyrənib həmkarlarımızla bölüşürük. İnsanları marifləndirməklə bu xəstəliyin qarşısını ala bilərik. Həkim xəstəyə müalicə vasitəsini düzgün təyin edərsə, həmin xəstə  diabetlə daha yaxşı mübarizə aparıb ona güc gələ bilər. Bu zaman elə etmək  lazımdır ki, diabetə tutulmuş insanın orqanları zərər görməsin,  həyat tərzi pisləşməsin. Bunun üçün isə həkim daima öz üzərində işləməli, tibbi yenilikləri müntəzəm öyrənib tətbiq edə bilməlidir. Yenilikləri həkimlərlə müzakirə etdik, həkimləri keçirilən elmi konfranslarda iştirak etməyə dəvət etdik. Buranın həkimləri bizim təşkil etdiyimiz beynəlxalq konfranslara onlayn qayda da qatıla bilər. Məqsədimiz bu sahədə insanlara göstərilən tibbi xidmətin səviyəsinin daha da yüksəldilməsidir. Səmimi qəbul və yaradılan imkan işimizi daha da həvəslə görməyə şərait yaratdı.

“Xəstəxanalar çox yaxşı qurulub. İmkanlar genişdir. Burada istənilən əməliyyatı icra etmək üçün imkan var, - deyən digər qonağımız – Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elimləri üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov bildirdi ki, diabet xəstələrində ürək-damar  xəstəliyinə çox rast gəlinir  və bu xəstələliklər daha ağır fəsadlarla müşayiət edilir. Buna görə də şəkər xəstələri daima ürək müayinələrindən keçməli və xəstəliyin yaranmasını hiss etdikdə dərhal müalicə başlamalıdır. Belə xəstələr xüsusi həkim nəzarətinə götürülməlidirlərNaxçıvanlı həkimlərlə bu sahədə yaranan yeniliklər barədə həmsöhbət olduq, fikir mübadiləsi apardıq.        Üzeyir Rəhimov qeyd etdi ki, 1992-ci ildən etibarən Naxçıvana tez-tez gəlir. Bir neçə əməliyyatda da iştirak edib. Azərbaycan Kardiologiya Cəmiyyəti  hər il burada konfrans keçirir ki, vaxtaşırı bu  konfranslarda da iştirak edir. Müsahibim onu da dedi ki, Naxçıvanda hər dəfə xəstəxanalarda olduqda burada səhiyyə sahəsində qazanılan uğurların şahidi olub. Bu gün burada yerli kardiooqlar tərəfindən müasir tibb elminin kəşf etdiyi bir çox ürək əməliyyatları keçirilir. Bu da o deməkdir ki, burada inkişaf var və həkimlər yenilikləri öyrənir. Müasir xəstəxana şəraiti və yenilikləri daim öyrənən bir həkim varsa demək ki, həmin bölgənin insanlarına kefiyyətli tibbi xidmət göstərilir.   

Ramiyyə ƏKBƏROVA

 

Nəşr edilib : 18.11.2023 21:11