AZ EN RU

Naxçıvanda təsərrüfat uçotunun təşkili işi təkmilləşdiriləcək

Naxçıvanda təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi həm bu sahədə statistikanın təkmilləşdirilməsinə, eyni zamanda, digər məqsədlər üçün məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək.

Bunu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov deyib.

Qeyd edək ki, bu gün Naxçıvan Dövlət Milli Dram Teatrında təsərrüfat başına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı müşavirə keçirilib.

Nəşr edilib : 06.01.2023 14:18