AZ EN RU

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşdı

Naxçıvanda  21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb. 

Test imtahanlarında 366 müəllim iştirak edib. Prosesdə 97,3% davamiyyət qeydə alınıb.Sertifikatlaşdırma imtahanında  iştirak edən təhsilverənlərdən 91 faizi müəyyən olunmuş bal həddini keçərək uğur qazanıb. 

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Sertifikatlaşdırmadanın növbəti mərhələsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

Nəşr edilib : 24.06.2024 18:13