AZ EN RU

Naxçıvanda təcridxanada məhbusa məxsus əşyalarda narkotik maddə aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən İstintaq Təcridxanasına gətirilmiş həbs olunan şəxsə məxsus əşyalarda narkotik maddə aşkar edilərək götürülüb.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qayda”larının tələbləri əsasında həbs olunmuş şəxs Əliyev Nurlan Rasim oğlu İstintaq təcridxanasına qəbul edilən zaman onun üzərində tam axtarış, eləcə də ona məxsus əşyalara baxış keçirilmişdir. Axtarış aparılarkən özünə məxsus əl çantasının içərisində olan şalvarın arxa cibində şəffaf selefona bükülü, ağ rəngdə toz halında təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin aşkar olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 12.06.2024 14:46