AZ EN RU

Naxçıvanda Təcili Tibb Mərkəzi tikiləcək - FOTOLAR

Naxçıvan şəhərində Təcili Tibb Mərkəzinin tikilməsi planlaşdırılıb.  

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Təsdiq edilmiş layihəyə əsasən, Mərkəzi Xəstəxananın yaxınlığında tikiləcək mərkəzin inşasında 400-450 nəfər muxtar respublika sakini işləyəcək. 2024-cü ilin yanvar ayında başlayan inşaat işləri 2025-ci ilin ortasında başa çatdırılacaq.

Nəşr edilib : 12.08.2023 15:40