AZ EN RU

Naxçıvanda taxıl anbarı kompleksinin fəaliyyətinin genişləndirilməsinə güzəştli kredit ayrılıb

Naxçıvanda fəaliyyət göstərən taxıl anbarı kompleksinin məhsul tədarükü və xammal bazasının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, güzəştli kredit "Naxçıvan Taxıl Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.

Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib

Nəşr edilib : 03.06.2024 17:16