AZ EN RU

Naxçıvanda sürü ilə gəzən sahibsiz itlər təhlükə saçır

Son dövrlərdə Naxçıvanda sahibsiz itlərin çoxalmasının tez-tez şahidi oluruq. Adətən, sürü halında gəzən belə itlərin insanlara da xəsarət yetirməsi hər an gözləniləndir. Bu problemlə bağlı “Şərq qapısı” qəzetinin redaksiyasına da oxucu məktubları ünvanlanır. Növbəti belə müraciət isə Babək rayonunun Qoşadizə kənd sakinləri tərəfindən göndərilib. Kənd sakinlərinin göndərdiyi fotolardan da görünür ki, artıq bu cür itlər kənddə həyətlərə, evlərə girirlər. Sakinlər bu problemin azyaşlı və məktəbə gedən uşaqlar üçün daha təhlükəli olduğunu bildirir və əlaqədar qurumlardan məsələni nəzarətə götürməyi xahiş edirlər.

Nəşr edilib : 12.03.2024 09:26