AZ EN RU

Naxçıvanda STEAM kabinələrinin sayı 154-ə çatdırılıb

Muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsilinin tətbiqi uğurla reallaşdırılmaqdadır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə ötən il STEAM kabinələrin yaradılması istiqamətində işlər davam etdirilib və IV layihə olaraq 50 ümumtəhsil müəssisəsində işlər başa çatdırılaraq STEAM kabinələrinin sayı 154-ə çatdırılıb. İyunun 14-də “STEAM Təlim-Tədris Mərkəzi”nin yeni binası istifadəyə verilib.

Məumatda o da qeyd olunur ki, 2023-cü ildə STEAM təhsil metodu üzrə kadr hazırlığı da diqqətdə saxlanılıb, 23-26 yanvar, 20-22 fevral, 27-30 mart, 4-7 aprel və 24-25 may 2023-cü il tarixlərdə muxtar respublikanın ümumi təhsil müəssisələrində tədris aparan müəllimlərin praktik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə STEAM tədrisi aparan 174 müəllimə “3D çap texnologiyası”, oktyabr 10-12-də 25 müəllimə “CNC lazer texnologiyası”, noyabrın 22-29-da, dekabrın 26-28-də isə ümumilikdə 84 müəllimə “Mövcud tədris proqramının düzgün tətbiqi” mövzusunda təkmilləşdirici təlimlər keçirilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.01.2024 20:00