AZ EN RU

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib - FOTOLAR

Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Qurban bayramı ərəfəsində Naxçıvanda yaşayan sosial qayğıya ehtiyacı olan 1250 ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin iştirakı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş bayram sovqatları  6 avtomobillə ünvanlara yola salınıb.

Nəşr edilib : 24.06.2023 19:15