AZ EN RU

Naxçıvanda “Snowfest - qış festivalı”nın açılış tədbiri keçirilir - YENİLƏNƏCƏK - FOTOLAR

Naxçıvan şəhərində ilk dəfə keçirilən "Snow fest - Qış festivalı"nın açılış tədbiri keçirilir. 

Heydər Əliyev Muzeyinin qarşısında baş tutan festivalın açılış tədbirində Aygün Kazımova sevilən mahnıları ilə pərəstişkarlarını sevindirir.

Festivalın keçiriləcəyi ərazinin ümumi görünüşünə uyğun, bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb.

Naxçıvanda ilk dəfə qurulan qış şəhərciyində müxtəlif xidmətlər və təamlarla tanış ola bilərsiniz. Burada milli mətbəximizlə yanaşı, dünya mətbəxinə məxsus təamlarından da dada bilərsiniz. 25 dekabrdan 7 yanvaradək keçiriləcək tədbirin hər günündə müxtəlif sürprizlər və yeniliklər olacaq.

Nəşr edilib : 25.12.2023 19:54