AZ EN RU

Naxçıvanda “Snow fest - Qış festivalı” start götürüb

Dekabrın 25-də Naxçıvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Naxçıvan şəhərinin Heydər Əliyev prospektində hər kəsin böyük həyəcanla gözlədiyi “Snow fest - Qış festivalı” başlayıb. Ötən illərdən fərqli olaraq yeni dizaynda və rəngarəng dekorlarla bəzədilən şəhərin ən böyük yolkasının ətrafında baş tutan festivalın ilk günü insan izdihamı ilə müşayiət olunub. Minlərlə insanın bir araya toplaşmasına səbəb xalq artisti Aygün Kazımovanın özəl proqramla pərəstişkarlarının görüşünə gəlməsi və əsl bayram ab-havası yaşatması olub.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Naxçıvanda "Snow fest - Qış festivalı" sayəsində yüksək coşqu ilə qeyd edilir. Yanvarın 7-dək davam edəcək festivalın növbəti günlərində digər populyar ifaçıların iştirakı ilə maraqlı konsert proqramı, əyləncəli şoular, tamaşalar təqdim olunacaq. Eyni zamanda festivalın keçirildiyi ərazidə, “Snow fest”in ab-havasına uyğun bəzədilən 30-a yaxın köşkdə iştirakçılara iaşə xidməti göstəriləcək.

"Şərq qapısı"

Nəşr edilib : 26.12.2023 12:43