AZ EN RU

Naxçıvanda sərnişin daşınması 1 faiz artıb

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada nəqliyyat sektorunda 2229,7 min ton yük, 14942,4 min sərnişin daşınıb.
Bu barədə "Şərq qapısı"-na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,7 faiz, sərnişin daşınması isə 1 faiz artıb.

Nəşr edilib : 14.05.2024 12:19