AZ EN RU

Naxçıvanda saxta dollar əskinaslarını gizli yollarla ölkəyə gətirən cinayətkar dəstə zərərsizləşdirilib

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat  tədbirləri nəticəsində ölkə ərzisinə  saxta dollar əskinaslarını  gizli yollarla gətirən cinayətkar dəstə zərərsizləşdirilib.

Həmin  şəxslər  saxlanılan zaman onların üzərindən 10 000 (on min) saxta ABŞ dolları götürülərək  istintaqa təqdim edilmişdir.

Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Nəşr edilib : 19.12.2023 11:07