AZ EN RU

Naxçıvanda sahibkarlara dəstək məsələri müzakirə edilir

Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilir.

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti  bu gün Naxçıvan Muxtar Respublikasına gəlib.

Qonaqlar ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər. Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə məsələlər müzakirə olunub.

Sonra Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib. Görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr aparılıb.

Nəşr edilib : 07.02.2023 14:47