AZ EN RU

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacaq.

Nəşr edilib : 29.11.2023 19:05