AZ EN RU

Naxçıvanda “Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri” yaradılır

Naxçıvanda Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar İstehsalat, Tədarük və Təchizat müəssisəsi”, “Aqrar Xidmətlər Mərkəzi”,  “Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri” yaradılacaq, muxtar respublikanın Dövlət Baytarlıq Xidməti nazirliyin strukturuna daxil ediləcək.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova bildirib.

Nazir müavini qeyd edib ki, nazirliyin struktur dəyişikliyi çərçivəsində muxtar respublikanın 3 şəhərində - Naxçıvan, Şərur və Culfada “Regional Dövlət Aqrar İnkişaf Mərkəzi” yaradılmaqla nazirliklə fermerlərin, ailə təsərrüfatçılarının, aqrar sektorda fəaliyyət göstərən sahibkarların əlaqəli işinin təşkili həyata keçiriləcək. Yenicə yaradılan “Orqanik Naxçıvan” Publik hüquqi şəxsi isə Naxçıvanın orqanik məhsullarının əhalidən qəbulu, qablaşdırılması, ölkə daxilində və xaricdə satışının təşkili istiqamətində işləyəcək.

Qeyd edək ki, “Üzbəüz” proqramı 18 iyun, saat 21:00-da Naxçıvan televiziyasının tamaşaçılarına təqdim olunacaq.

Nəşr edilib : 15.06.2023 11:50