AZ EN RU

Naxçıvanda regional aqrar inkişaf mərkəzləri yaradılıb

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin regional dövlət aqrar inkişaf mərkəzləri yaradılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb. Belə ki, nazirliyin tərkibində Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzi, Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzi və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin strukturu da təsdiq edilib.

Belə ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmana əsasən nazirliyin aparat işçilərinin sayı müəyyənləşib. Kənd Təsərrufatı Nazirliyi Aparatının işçilərinin say həddi 62 ştat vahidi, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi 51 ştat vahidi olaraq müəyyən edilib.

Nəşr edilib : 11.07.2023 09:39