AZ EN RU

Naxçıvanda qızılca və məxmərəyə qarşı peyvəndləmə aparılır

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “Naxçıvan Muxtar Respublikasında qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə” əmrinə əsasən muxtar respublikada qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə 11- 40 yaşlı əhali arasında immunlaşdırma tədbirlərinə başlanılıb. Bu ilin yanvar ayında 195 nəfərə qızılca və məxmərəyə qarşı peyvəndləmə aparılıb. 479 nəfər qızılca, məxmərək, parotit peyvəndlərindən yayınanlar da peyvəndə cəlb olunub. Onlar 1-6 yaş arası peyvənd təqviminə uyğun aparılan immunizasiyadan yayınan uşaqlardır. Bu günə kimi muxtar respublikada 832 nəfərdə qrip virus infeksiyası ilə mübarizə məqsədilə peyvəndləmə aparılıb. Onlardan 624-ü tibb işçisidir.

Nəşr edilib : 20.02.2024 23:41